İran bayrağının paylanması qarşıdurma yaratdı - Urmiyədə

İranın futbol üzrə yığma komandasının 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmasından sonra baş verən hadisələr polislə əhali arasında qarşıdurma ilə nəticələnib.

Oyundan sonra Urmiyədə bir qrup şəhərin küçələrinə çıxaraq hamiya İran bayrağı paylamağa başlayıb. Urmiyə əhalisi İran bayraqlarının şəhərin hər yerində paylanmasına və evlərdən, mağazalardan asılması cəhdinə etirazlarının bildirərək Təbrizin "Traktorsazi" komandasına qarşı eyni diqqətin göstərilməməsindən narazılıqlarını ifadə ediblər.

Şəhərin mərkəzi küçələrinə çıxan azərbaycanlılar "Azərbaycan var olsun, istəməyən kor olsun!", "Bakı, Təbriz. Ankara, Biz hara farslar hara" kimi şüarlar səsləndiriblər.

Elnarə
AzNews.az