- Köhnə - Region
- 20 İyun 2013 09:52
- 3 126
Azərbaycanlılar İranın yeni prezidentinə çağırış etdilər: “Vədlərinə əməl et!”
"Baybak" saytı xəbər verir ki, iyunun 14-də İranda keçirilən prezident seçkilərinin qalibi Həsən Ruhanidən seçki kampaniyası zamanı dil və mədəni hüquqlar, siyasi məhbuslara azadlıq, Urmiyə gölünün mühafizəsi, habelə qadın haqları kimi məsələlərlə bağlı verdiyi vədlərə əməl etmək tələb olunur. Artıq güneyli soydaşlarımız Türk Dil Qurumunun yaradılması ilə bağlı imzatoplama kampaniyasına start veriblər.
Həmçinin Həsən Ruhaninin tərəfdarlarının müxtəlif şəhərlərdə keçirdiyi tədbirlərə qatılan azərbaycanlı fəallar öz tələblərini səsləndiriblər. Zəncanlı qadınlar belə mərasimlərin birində "Siyasi məhbuslar azad olsun!", "Türk dilində məktəb", "Jurnalistlər qəzetlərdəki işlərinə qayıtsın!", "Səid Mətinpur sərbəst buraxılsın!", "Cinsiyyətə görə kvotaya son!" yazılan plakatlar nümayiş etdiriblər.
Elnarə
AzNews.az