- Köhnə - Region
- 20 İyun 2013 13:40
- 2 332
Türkiyədə “U-20 Dünya Kuboku“nun oyunları başlayır
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan FIFA rəhbəri Cozef S. Blatter ilə birlikdə ilk oyunları izləyəcək. "FIFA U-20 Dünya Kuboku"nun rəsmi açılışına Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən də qatılacaq.
Ərdoğan sabah Kayseridə düzənlənəcək "Milli İradəyə Hörmət" mitinqində iştirakdan sonra, 18.00-da Kadir Has Stadıonunda Kuba- Koreya və Nigeriya-Portuqaliya oyununu izləyəcək.
"U-20 Dünya Kuboku Türkiyə -2013" ilə bağlı FİFA rəhbəri, "FIFA U-20 Dünya Kuboku FIFA oyunları arasında ən əhəmiyyətlilərindən biridir. 24 komanda mübarizə aparacağı turnirdə, gələcəyin futbol ulduzlarının ortaya çıxacağını görəcəyik. FIFA rəhbəri olaraq , mən də qarşılaşmalar başladığı zaman Türkiyədə olmağımı əhəmiyyətli hesab edirəm "- deyib.
Blatter, Kayseridə sabahkı fəaliyyətini başa vurduqdan sonra, 2013 FIFA Konfederasiyalar Kubokunun son həftəsini izləmək üçün Braziliyaya geri dönəcək.
Elman
AzNews.az