Xarici telekanal Şəki şəhərinə veriliş həsr etdi - VİDEO

Rusiyanın "Rusiya 24" (Россия 24) telekanalı qədim Azərbaycan şəhəri Şəkiyə veriliş həsr edib.

Verilişdə şəhərin qədim tarixindən və xüsusi kolaritindən, sakinlərindən, onlara xas olan qonaqpərvərlikdən bəhs edilib. Şəkidə ipək işi və xalçaçılığın inkişafına, müasir avadanlıqlarla təchiz olunan ipək fabrikinə xüsusi diqqət ayırılıb.

Verilişdə bu gün şəhərin qonaqlarına xidmət göstərən karvansaraylar, o cümlədən, Şəki üçün ənənəvi üslubda tikilən digər hotellər barədə bəhs olunur.

Müəlliflər diqqəti Şəki xanlığının tarixinə, onun qüdrəti və əsas simvolu olan, Azərbaycan memarlığının ən yaxşı ənənələrinin təcəssüm etdirən, şahların yay iqamətgahı Şəki Xan Sarayına ayırıblar.

O cümlədən verilişdə Şəki yaxınlığında yerləşən qədim alban kilsəsindən, şəhərin muzeylərindən, bu yerlərin mənzərəli təbiətindən bəhs edilir.

Müəlliflər kulinariya ənənələri, unikal şirniyyat məhsulları, ədviyyatları olan zəngin Şəki mətbəxini xüsusilə vurğulayıblar.//trend//



AzNews.az