“Osmanlı imperiyasında 1,5 milyon erməni öldürülməyib”

"1915-ci ildə Osmanlı imperiyasında 1,5 milyon erməni öldürülməyib, çünki həmin dövrdə ermənilərin ümumi sayı 1,5 milyon nəfər olub".


Bunu rusiyalı tanınmış türkoloq alim, Moskva Dövlət Universiteti yanında Asya və Afrika Araşdırmalar İnstitutunun direktoru Mixail Meyer deyib. "Rossiya Kultura" televiziya kanalında yayımlanan "Türk marşı" proqramına qonaq olan Mixail Meyer və Rusiya Elmlər Kademiyası Şərqşünaslıq İnstitutunun Türkiyə bölümümün direktoru Natalya Ulçenko Türkiyə-Rusiya münasibətlərini müzakirə edərkən Ermənistan-Türkiyə münasibətlərinə də toxunublar. "Osmanlı imperiyası zamanı 1,5 milyon erməni öldürüldümü?" sualına Mixail Meyer belə cavab verib: "Bu bizim ümumi problemimizdir. Çünki 1915-ci ildə Osmanlıda yaşayan erməni əhalisinin ümumi sayı 1,5 milyon nəfər olub. Məncə, 1,5 milyondan bəhs etmək doğru deyil. Bundan başqa çoxlu insanın güllə ilə və ya kəsilərək öldürüldüyünü demək düzgün deyil. Çünki, ermənilərin çoxu sürgün vaxtı həyatlarını itiriblər".

Proqram efirdə yayımlandıqdan sonra Rusiyadakı erməni lobbisi Mixail Meyerə qarşı hücuma keçib. Belə ki, erməni diasporu Rusiya dövlətinin erməni soyqırımını iki dəfə tanıdığını və Mixail Meyerin dövlətin qərarını tanımadığını bildirib. Erməni lobbisi Rusiya və Ermənistan ictimai təşkilatlarını Meyerə qarşı sərt münasibət bildirməyə çağırıb. Ermənilər "Rossiya Kultura" telekanalının rəhbərliyinə də hədə qorxu gəlməyə başlayıblar. Onlar Mixail Meyerin iddialarını yalanlayacaq bir proqramın yayımlanmasını tələb ediblər.

Erməni lobbisi Rusiya Dövlət Dumasından "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyəti daşıması ilə bağlı qanun layihəsinin qəbul olunmasını tələb edib.

Qeyd edək ki, Mixail Meyer Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov başda olmaqla bir çox tanınmış şəxslərin müəllimi olaraq da tanınır.//apa//

AzNews.az