- Köhnə - Region
- 23 İyun 2013 18:26
- 2 968
“Yalnız bir neçə gün vəzifəmdə qalacam“
Gürcüstanın baş naziri Bidzina İvanişvili 2013-cü ilin oktyabrında siyasətdən getməyə söz verib.
"Saakaşvili gedəndən, ilk prezident seçkiləri baş tutandan sonra mən yalnız bir neçə gün vəzifəmdə qalacam", - baş nazir deyib.
İvanişvili həmçinin Saakaşvilinin "Vahid Milli Hərəkat"ının konstruktiv müxalifətə çevrilə biləcəyindən şübhə edib: "Saakaşvili iddia etsə də, heç kim müxalifəti məhv etməyə hazırlaşmır. Onlar öz fəaliyyətləri ilə partiyalarına zərbə vurur, amma baş verənlərdən dərs götürmürlər".
AzNews.az