- Köhnə - Region
- 24 İyun 2013 07:18
- 2 277
“Polisə əmri mən verdim“ - VİDEO
Rəcəb Tayyib Ərdoğan bildirib ki, güc strukturları sona qədər səbr ediblər, aksiya iştirakçılarını dağılışmağa çağırıblar. "Dağılışmadılar. Ona görə də onları meydandan polis çıxarmalı oldu. Qadağan olunmuş yerdə bunu etsən, ictimai asayişi pozmağa cəhd göstərsən, polis su da sıxar, bibər qazı da. Bu ölkə demokratik, sosial bir hüquq dövlətidir".
Qeyd edək ki, Ərzurumdakı mitinqdə yüksək təhlükəsizlik tədbirləri görülüb. Rəcəb Tayyib Ərdoğanın keçdiyi yollardakı çoxmərtəbəli binaların üstünə snayperlər yerləşdirilib.
Rəcəb Tayyib Ərdoğan mitinqdən sonra onu izləməyə gələnlərə qırmızı qərənfillər atıb. //musavat.com//
AzNews.az