- Köhnə - Region
- 24 İyun 2013 08:09
- 5 700
Xalidə Xalidlə bərabər həbs edilən güneyli fəallar işgəncə altında
X. Xalid və sürücüsü Şamxal Hüseynov Təbrizdə saxlandığı müddətdə İlqar Müəzzinzadə də ETTELAAT təcridxanasında saxlanılırdı. Yazar və mədəni fəal kimi tanınan İ.Müəzzinzadənin bu müddət ərzində ailəsi və vəkili ilə görüşü mümkün olmayıb, ona qarşı hansı ittihamların irəli sürüldüyü barədə məlumat verilməyib. Buna görə də ailəsi onun təcridxanaya işgəncəyə məruz qaldığını düşünür.
İ.Müəzzinzadə ilə yanaşı həbs edilən digər azərbaycanlı fəal, "Oxtay" ləqəbi ilə tanınan Məhəmməd Rəşidi isə hələ də ETTELAAT-ın təcridxanasındadır. O, hakimiyyət əleyhinə təbliğat aparmaq və arasında Xalidə Xalid də daxil olamqla bir qrup adamı evində toplayaraq milli təhlükəsizliyə ziyan vurmaqda ittiham edilir.
Xatırladaq ki, Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd Rəşidinin ata evində ETTELAAT əməkdaşları tərəfindən saxlanmışdı.
Onlarla birlikdə Məhəmməd Rəşidi, aşıq İsa Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxs də həbs edilmişdi. Bir neçə gün sonra isə bu məsələ ilə əlaqədar İlqar Müəzzinzadə də həbs edilmişdi.
Elnarə
AzNews.az