Öcalan hökumətə məktub yazdı



BDP İmralı həbsxanadında saxlanılan PKK lideri Abdullah Öcalanla görüşlə bağlı ilk açıqlamanı yayıb. Öcalan onunla görüşən BDP-lilər vasitəsilə anlaşma prosesinin davam etdiyini və ikinci mərhələyə qədəm qoyduqlarını bildirib.

Öcalan ikinci mərhələ ilə bağlı təkliflərini məktub şəklində hökümətə göndərdiyini bildirərək prosesdə şəffaflığın tərəfdarı olduğunu vurğulayıb.
Kürd probleminin 100 illik bir məsələ olduğunu bildirən A.Öcalan bəzi qüvvələrin prosesə əngəl törətmək istədiyini bildirib.

Elnarə
AzNews.az