Təhlükəsizlik Şurasının katibi Azərbaycana satılan silahlardan danışdı

Ermənistanda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iki ölkənin hərbi əlaqələrinə dair maraqlı açıqlamalar verib.

Patruşev Ermənistandakı 102-ci hərbi bazanın Ermənistanın təhlükəsizliyini etibarlı şəkildə qoruduğunu bəyan edib: "Ermənistanın təhlükəsizliyini təmin etmək üçün yetərincə güc və vasitə var" deyən TŞ-nın katibi bu sahədə heç bir problemin olmadığını vurğulayıb.

Katib belə bir qənaətin onda 102-ci hərbi bazanı təftiş edən zaman yarandığını vurğulayıb.

O çıxışında Rusiyanın Azərbaycana silah satması məsələsinə toxunaraq silah ticarəti zamanı beynəlxalq tələb və öhdəlikləri yerinə yetirdiyini qeyd edib.

Elnarə
AzNews.az