- Köhnə - Region
- 26 İyun 2013 13:25
- 2 950
Rusiyanın Azərbaycana silah satması şərh edildi - İrəvanda
APA-nın məlumatına görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi (KTMK) Nikolay Boprdyuja İrəvanda Rusiyanın Azərbaycana külli miqdarda silah-sursat satması barədə məlumatı şərh edərkən deyib.
N. Bordyuja qeyd edib ki, Rusiya dünyanın onlarla ölkəsinə, o cümlədən KTMT-ya daxil olmayan dövlətlərə silah-sursat satır.
"Bu, biznes, bazar, Rusiya Federasiyasının iqtisadiyyatıdır. O başqa məsələdir ki, KTMT üzvü olmayan ölkələrə silah satarkən hər şeydən öncə regiondakı paritet əsas götürülməlidir. Azərbaycana silah-sursat satışı barədə qərar qəbul edilərkən də məhz bu prinsip əsas götürülüb".
AzNews.az