Show TV satılacaq


Türkiyənin Azərbaycanda da maraqla izlənən telekanalı olan Show TV-nin satışına icazə verilib.

Rəqabət Qurumu "Ciner Görsəl Televizya Prodakşn" tərəfındən, "Aks Televizya Reklam və Film", eləcə də "Show"la əlaqəsi olan bütün hissələrin tamamilə satılmasına izacə verib.

Beləliklə də Show TV-nin yeni sahibinin kim olacağı ilə bağlı müzakirələr də artıq başlayıb.

Elnarə
AzNews.az