Araz Ağalarov Medvedevlə görüşdü - Foto

Görüş "İşgüzar Rusiya" forumu çərçivəsində baş tutub

Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov Moskvada baş tutan "İşgüzar Rusiya" forumu çərçivəsində baş nazir Dmitri Medvedevlə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, forumda çıxış edən ölkənin baş naziri bildirib ki, kiçik və orta biznesin inkişafına yardım etmək üçün dövlət ilk növbədə perspektivli yüksək texnologiyalı müəssisələrə dəstək olacaq.

Foruma ölkənin bir sıra nüfuzlu iş adamları, o cümlədən "Krokus-Siti"nin sahibi Araz Ağalarov da qatılıb.

AzNews.az