- Köhnə - Region
- 27 İyun 2013 09:21
- 2 296
İranda daha 2 nəfər edam edildi
APA-nın məlumatına görə, onlar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar. Belə ki, məhbuslar üzərində 3 kiloqram 195 qram krak və 1 kiloqram 150 qram heroinlə tutulublar. Məhbuslar barəsində aşağı instansiya məhkəməsinin çıxardığı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 26-da səhər saatlarında İsfahan şəhərinin həbsxanasında icra edilib.
Qeyd edək ki, İran Çindən sonra edamların sayına görə dünyada ikinci yerdədir.
AzNews.az