Urmu körpüsündə 36 azərbaycanlı həbs edildi



İyunun 27-də səhər saatlarında Urmiyədə 36 azərbaycanlı fəal həbs edilib. Güney mətbuatının məlumatına görə, azərbaycanlı fəallar Urmiya gölünün üzərindəki Kələntəri körpüsündə saxlanılıb.

Soydaşlarımız Səhənd dağlarına getmək istəyirmişlər. Ancaq hələlik rəsmi mənbələr 36 azərbaycanlı fəalın saxlandığı barədə məlumata münasibət bildirməyib. Saxlananların ad və soyadları dəqiqləşdirilir.

Elnarə
AzNews.az