Ermənistan da parad xülyasına düşüb

Ermənistan hərbi-hava qüvvələrinin yaradılmasının 21 illiyi münasibətilə kiçik parad keçirmək niyyətindədir. Maraqlıdır ki, Ermənistan Müdafiə Nazirliyi bu barədə qərarını ancaq Azərbaycanda silahlı qüvvələrin 95 illik yubileyi ilə bağlı parad keçirildikdən sonra açıqlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçun Hovannisyan bildirib ki, iyunun 28-də Ermənistan hava hücumundan müdafiə qüvvələrinin, aviasiya texnikasının iştirakı ilə tədbir keçiriləcək. Bu hərbi texnikanı nümayiş etirəcək Ermənistan bu gün məşqlərə başlayıb.

Elnarə
AzNews.az