Həsən Ruhaninin İsraillə məxfi görüşü üzə çıxdı - ŞOK

Yeni prezidentin yəhudilərin "adamı" olduğu iddiası gündəmə gəlir

İsrailin "Ahronot" qəzeti ilginc iddia ilə çıxış edib. Qəzetin yazdığına görə, İranın yeni prezident Həsən Ruhani 1986-cı ildə İsrail xüsusi xidmət orqanlarının əməkdaşı ilə gizli görüşüb. Qəzet görüşün detalları barədə də məlumat yayıb.

1986-cı ildə İran-Amerika arasındakı silah satışı ilə əlaqədar yaranan diplomatik qalmaqaldan bir qədər əvvəl Həsən Ruhani prezident Rəfsəncaninin "sağ qolu" kimi fəaliyyət göstərirdi.

İran parlamentinin sədr köməkçisi olaraq fəaliyyət göstərən H. Ruhani Beynəlxalq Təhlükəsizlik Komitəsinin də üzvü idi. Ruhani 1986–ci ildə Parisdə gizli bir toplantıya dəvət edilib. Görüşün vasitəçisi iranlı bir iş adamı olub.

Həsən Ruhani 30 avqust 1986-cı ildə təşkil edilən görüşdə amerikalı bir diplomatla görüşəcəyini zənn edib. Ancaq sonradan məlum olub ki, görüşdüyü adam amerikalı diplomat yox, İsrail baş nazirinin müşaviri Amiram Nirdir.

Nirin üzərində dinləmə cihazı olub. Ruhani Xomeyni ilə bağlı narazılıqlarını dilə gətirib.

Elnarə
AzNews.az