Moskvada 4 azərbaycanlı saxlanıldı


Rusiya paytaxtında iyulun 1-dən etibarən keçirilən "Zaslon 1" əməliyyatı çərçivəsində 4 azərbaycanlı saxlanılıb. Xüsusi təyinatlılar bu gün saxladığı azərbaycanlılar arasında döyüş tapançası ilə silahlanan 2 uşaq da olub.

"Mercedes" markalı avtomobil Varşava şosesi ilə hərəkət edərkən yol polisinin saxlamaq əmrinə tabe olmayıb. Polis maşını saxladıqdan sonra avtomobildə 4 azərbaycanlının olduğu aşkarlanıb ki, onlardan da ikisi azyaşlıdır. Polisin məlumatına görə, saxlananlardan çox sayda sim kart və "Makarov" tapançası tapılıb.

Qeyd edək ki, davam edəcək əməliyyat zamanı miqrantlara xüsusi diqqət yetiriləcək.

Elnarə
AzNews.az