“Qarabağ münaqişəsinin həllində İranın mövqeyi dəyişməzdir“

"Biz İran İslam Respublikası olaraq Qarabağ münaqişəsinin həlli üçün ümumi şəkildə səy göstərməyə və məsələnin həllinə vasitəçi olmağa hazırıq".

APA TV-nin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Ərəqçi bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Qarabağ münaqişəsinin həllində İranın mövqeyi dəyişməzdir: "Bu münaqişə sülh və danışıqlar yolu ilə həll olunmalıdır. Azərbaycan və Ermənistan dövlətləri hələlik bu məsələnin həll olunmasında Minsk qrupunun vasitəçiliyinə üstünlük verir. Biz hər iki ölkənin bu mövqeyinə hörmətlə yanaşırıq. Amma Azərbaycan və Ermənistanın Qarabağ münaqişəsinin həlli üçün vasitəçi kimi İrana müraciət etməsini gözləyirik. Belə olarsa, biz də bütün səylərimizi Qarabağ münaqişəsinin həllinə yönəldəcəyik".

AzNews.az