İstanbulun Taksim meydanında minlərlə şəxs ilk iftarlarını açıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, orucluğun ilk günündə Taksimdə iki ayrı-ayrılıqda iftar süfrəsi açılıb. Bəyoğlu bələdiyyəsi meydanda ifatar masaları qurarkən yüzlərlə şəxs İstiqlal küçəsində yerdən süfrə açıblar. Polisin meydanda təhlükəsizlik tədbirlərini gücləndirməsi və əraziyə su vuran maşınların gətirilməsi süfrə arxasında əyləşənlərin narazılığına səbbə olub və iftardan dərhal sonra Gəzi parkına doğru yürüş başlayıb. Parkda aksiya iştirakçılarının sayı daha da çoxalıb və onlar müəyyən şüarlar səsləndirib, yallı gediblər.
AzNews.az