Ermənilər Azərbaycanı müdafiə edənlərə qarşı təşkilat yaradır: “Qara siyahı”




Ermənilər Azərbaycan və Türkiyənin bütün dünyada
getdikcə güclənən nüfuzunun və antierməni təbliğatının qarşısını almaq üçün fəaliyyəti gücləndirir. Bu dəfə ermənilərin hədəfində birbaşa azərbaycanlılar və türkiyəlilər yox, həm də antierməni mövqeyindən çıxış edən xarici ölkə vətəndaşlarıdır.

Erməni mətbuatının məlumatına görə, bir qrup şəxs Azərbaycanın haqq mövqeyini müdafiə edən, eləcə də qondarma erməni "soyqırımına" qarşı çıxan şəxslərə xarici ölkələrdə mübarizə aparmaq üçün yeni təşkilat yaradıb.

Həmin təşkilatda Rusiya, Fransa, Argentina, Kanada kimi ölkələrdə təcrübə keçmiş hüquqşünasların, eləcə də tarixçi və ictimai xadimlərin, jurnalistlərin və hətta kompüter texnologiyaları üzrə mütəxəssislərin birləşəcəyi bildirilir. Artıq təşkilatın adı ilə bağlı müsabiqə elan edilib.

Məlumata görə dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan və Türkiyənin mövqeyini müdafiə edən tanınmış ictimai-siyasi xadimlər, incəsənət adamları, tarixçilərin "qara siyahı"sı hazırlanıb. Bu siyahıda 200-dək şəxsin adı olsa da, hələlik konkret adlar açıqlanmır.

Bununla yanaşı qeyd olunur ki, Azərbaycan və Türkiyənin mövqeyini müdafiə edən şəxslərin sayının artması bu siyahının daha da uzanacağını söyləməyə əsas verir.

Yeni təşkilatın yaranma ideyası Moldova Ombudsmanı Aureliya Qriqoriunun Ermənistanda keçirilən konfransda erməniləri Xocalı soyqırımına görə ittiham etməsindən sonra yaranıb.

Elnarə Əlosmanqızı
AzNews.az