İranda Azərbaycan vətəndaşı həbs edildi

APA-nın Ərdəbil radiosuna istinadən verdiyi məlumata görə, İran İslam Respublikasının Ərdəbil şəhərində Azərbaycan vətəndaşı narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilib. Bu barədə Ərdəbil əyalətinin narkotiklərlə mübarizə idarəsinin rəisi mayor S. Niknam bildirib.

"Polisin nəzarətində olan bir nəfər Azərbaycan vətəndaşı heroin və digər narkotik maddələrinin qaçaqmalçılığı ilə məşğul olarkən həbs edilib. Həbs edilən Azərbaycan vətəndaşı məhkəmə orqanlarına təhvil verilib"- deyə, Niknam bildirib.

Onun sözlərinə görə, bu keçən 3 ay ərzində narkotiklərlə bağlı maddə ittihamı ilə Ərdəbil əyalətində həbs edilən üçüncü Azərbaycan vətəndaşıdır.

S.Niknam həbs edilən Azərbaycan vətəndaşının şəxsiyyəti barədə açıqlama verməyib.

AzNews.az