- Köhnə - Region
- 30 İyul 2013 08:50
- 2 653
Ordunun 8 hərbçisi cinsi zorakılıqla bağlı hərbi xidmətdən qovuldu
Bu barədə Türkiyənin ailə məsələləri və sosial siyasət naziri Fatma Şahin məlumat verib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı "Anadolu" agentliyi yayıb.
Şahinin sözlərinə görə, həmin çavuşların işi artıq məhkəməyə verilib, faktla bağlı istintaq aparılır.
Səkkiz çavuş tərəfindən həddi-buluğa çatmamış qıza qarşı cinsi zorakılıq törədilməsi faktı bir neçə ay bundan əvvəl aşkar olunub.
Türkiyənin Bingöl vilayətinin 16 yaşlı sakini hərbi qulluqçular tərəfindən cinsi zorakılığa məruz qalması barədə ərizə ilə polisə müraciət edib. Вaşlanan təhqiqat nəticəsində Türkiyə Silahlı Qüvvələrinin səkkiz çavuşu saxlanılıb.
AzNews.az