Ukraynada Azərbaycan vətəndaşı saxlanıldı

Ukraynada saxta sənədlərlə avtomobil idarə edən Azərbaycan vətəndaşı saxlanılıb.

Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Sumı vilayətinin "Baçevsk" sərhəd-keçid məntəqəsində Ukraynaya Litva qeydiyyatı olan "BMW" markalı avtomobillə daxil olmaq istəyən azərbaycanlının sənədlərinin saxta olduğu aşkarlanıb. Həmin şəxs saxlanılıb.

AzNews.az