Moskvada həmyerlimiz 2 polisə hücum etdi - Həbs

Moskvada Azərbaycan vətəndaşı iki polis əməkdaşına hücum edib.

Bu barədə məlumatı "Интерфакс" yayıb. Moskva polisinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 30-da Roqova küçəsində qeydə alınıb.

Polis xarici nömrə nişanla idarə olunan maşını qayda pozuntusuna görə saxlamaq istəyib. Onlar "Mercedes" markalı maşına yaxınlaşdıqları zaman 35 yaşlı azərbaycanlı polisə hücum edib və onları döyüb. Hər iki polis əməkdaşı xəsarət alıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Azərbaycanlını 5 ilədək həbs gözləyir.

Elnarə
AzNews.az