“Xoşbəxtəm və xalqa təşəkkür edirəm“ - Mahmud Əhmədinejad

"Mən yeni iş yerimə - İranlılar Universitetinə gedirəm".

APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın eks-prezidenti Mahmud Əhmədinejad deyib.

M. Əhmədinejad bildirib ki, avqustun 4-dən həmin ali təhsil müəssisəsində işə başlayıb.

İranın sabiq prezidenti 8 illik fəaliyyətinin başa çatmasının necə bir duyğu olduğunu isə belə izah edib: "Xoşbəxtəm və xalqa təşəkkür edirəm. Mən hər zaman xalqın xidmətindəyəm və bundan məmnunam".

Qeyd edək ki, İranın eks prezidenti Tehranın Pastor prospektindəki iş yerini yeni prezident Həsən Ruhaniyə təhvil verdikdən sonra Narməkdəki mənzilinə qayıdıb.

AzNews.az