3 ayda 169 nəfər düyüdən zəhərlənərək öldü

Bu il İranda 3 ay ərzində düyü qarnirindən 169 nəfər zəhərlənərək ölüb.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran Məhkəmə Tibbi Ekspertizası məlumat yayıb. Müvafiq göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47% çoxdur. Zəhərlənənlərdən 97 nəfər kişi, 72 nəfər isə qadındır.

Ölüm halları daha çox Tehran (68 nəfər), Gilan (32 nəfər) və Mazandaran (19 nəfər) vilayətlərində qeydə alınıb.

Qeyd edək ki, ötən il İranda düyü qarnirindən 115 nəfər zəhərlənərək ölüb.


AzNews.az