Ev sahibi armaturla 3 kirayəşini öldürdü


Moskvada ev sahibi 3 kirayəşini armaturla döyərək öldürüb. Hər 3 şəxsin cəsədi mənzildə tapılıb.

Polisin məlumatına görə, artıq qətldə şübhəli bilinən ev sahibi və ona kömək etdiyi ehtimal edilən şəxs saxlanılıb.

AzNews.az "Интерфакс"a istinadən xəbər verir ki, hər 3 şəxsi ev sahibi öldürüb. Həbs olunan ikinci şəxs isə cinayətin izini itirməkdə ona kömək edib.

Elnarə
AzNews.az