- Köhnə - Region
- 13 Avqust 2013 13:40
- 2 896
Azərbaycanlı müdirin bankını qarət edənlər yaxalandı
"Seyfi S." Sarpi gömrük-keçid məntəqəsində ölkəni tərk etmək istəyərkən həbs edilib. Digər şəxslər isə Marneulidəki şəxsi evlərində həbs olunublar.
Qeyd edək ki, avqustun 8-də "Privat Bank"a basqın zamanı oğrular kassiri tapança ilə hədələyərək 110 min lari, 80 min dollar və 5 min avro pulu götürərək aradan çıxıblar.
Faktla bağlı Gürcüstan CM-nin 179-cu maddəsi ilə cinayət işi qaldırılıb, istintaq davam edir.
AzNews.az