Çılpaq qızlar sürücülərə xəbərdarlıq etdi - VİDEO

Yarıçılpaq soyunan gənc qızlar qeyri-adi fleşmob keçiriblər.

Gün.Az-ın verdiyi xəbərə görə, bu qəribə fleşmob Nijeqorod vilayətində keçirilib.

Yayılan məlumata əsasən, yarıçılpaq qızlar əllərində sürət məhdudlaşdırılmasını nəzərdə tutan və üzərində "60" və "40" yazılan yol nişanları tutaraq, bununla da sürücülərə ehtiyatlı olmaq mesajı veriblər. Məlumatı "Komsomolskaya pravda" yazıb.

Qeyd edək ki,"Ne qoni!" (Maşını qovma!) adlanan sosial aksiya Volodarsk rayonunun M7 şossesində baş tutub. Qızların əynində sadəcə alt geyim və botfort olub. Onlar sinələrini isə yol nişanları ilə örtüblər.

Sözügedən çılpaq fleşmobun video görüntüsünü təqdim edirik:



AzNews.az