Moskvada adam oğurluğu ilə məşğul olan azərbaycanlılar saxlanıldı



Moskvada aralarında azərbaycanlıların da olduğu, adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə zərəsizləşdirilib.

Rusiya DİN-in məlumatına görə, saxlanılanlar İvanovsk vilayətində yaşayan azərbaycanlılar- Xaliq Məhərrəmov və Kəmaləddin Zeynalovdur. Eyni zamanda dəstənin bir neçə digər üzvü də saxlanılıb. Saxlananlar bu ilin fevralında Azərbaycandan olan, Pokrovsk meyvə-tərəvəz bazarında işləyən şəxsi oğurlamağa cəhddə ittiham edilir. Ancaq həmyerlimizi oğurlaya bilməyən dəstə üzvləri onu yaralayaraq hadisə yerindən qaçıblar. Bundan başqa dəstə üzvləri Moskvada məşhur restoranlardan birinin direktorunu da oğurlamağa cəhd ediblər.

Elnarə
AzNews.az