- Köhnə - Region
- 14 Avqust 2013 14:02
- 3 237
Polisin başını əziblər
Novosibirskin Kalinin şəhərində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına hücum edilib. Hadisə avqustun 14-də, səhər saatlarında baş verib.
Qəddarlıqla döyülən Daxili İşlər Nazirliyinin əməkdaşı çoxsaylı travma ilə xəstəxanaya çatdırılıb. AzNews.az Rusiya mətbuatına istinadən bildirir ki, zərərçəkən Rusiya DİN-in Novosibirsk idarəsinin post-patrul xidməti alayının vzvod komandiri, 32 yaşlı kapitan Serqey Yuzjalinadir. O, səhər 6.30-da işə gedərkən Zemnuxova küçəsində, avtobus dayanacağının yaxınlığında dava olduğunu görüb. İctimai asayişi qorumaq üçün dava edənlərə yaxınlaşan polisə naməlum adamlar hücum edərək baş nahiyəsinə zərbə endiriblər. Xəstəxanada polis əməkdaşına beyin zədəsi, gicgah sümüklərinin sınığı diaqnozu qoyulub. Vzvod komandirinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı cinayət işi açılıb. Xatırladaq ki, bu, Novosibirskdə polisin döyülməsi ilə bağlı ilk hadisə deyil.
Elman
AzNews.az