- Köhnə - Region
- 16 Avqust 2013 07:22
- 2 624
Misir səfirini geri çağırdı
Misir Türkiyədəki səfirinin geri çağırıb.Bu barədə məlumatı "Reuters" Misirin Xarici İşlər Nazirliyinə istinadən yayıb. Bundan əvvəl Türkiyə Misirdəki səfirini bu ölkədə baş verən son hadislərlə bağlı məsləhətləşmələr aparılması üçün Ankaraya çağırmışdı.
İndi isə Misir XİN də öz səfirinin Türkiyədən geri çağırılmasını bu səbəblə izah edir. Bəzi mənbələr isə səfirin Qahirəyə geri çağırılmasını Türkiyənin Misir hadisələrində tutduğu mövqe ilə əlaqələndirirlər. Baş nazir Rəcəb Tayyib Ərdoğan qərb ölkələrini Misirdəki hadisələrə biganə qalmamağa və BMT Təhülkəsizlik Şurasının toplantısını keçirməyə çağırıb.
Elnarə
AzNews.az