Qaçırılan türk pilotlar harada saxlanılır?

Avqust 9-da Livanda qaçırılan Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları Murat Akpınarla Murat Ağcanın qaçırıldıqdan sonra Beyrutdan başqa bir yerə aparıldıqları, sonra isə yenidən Beyruta qaytarıldıqları bildirilir.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, pilotların sərbəst buraxılması üçün Beyruta gedən Türkiyə MİT-nin əməkdaşı qayıtdıqdan sonra mətbuata bəzi açıqlamalar verib.

Türkiyənin Beyrut səfiri İnan Özyıldızla birlikdə Livan Daxili İşlər naziri Mərvan Şerbillə görüşən MİT əməkdaşı, pilotların vəziyyəti ilə bağlı əllərində olan məlumatları açıqlayıb.

AzNews.az