Abdulla Gül Azərbaycanda Misir bəyanatı verdi

Türkiyə ilə Misir arasında münasibətlər gərginləşməkdə davam edir. Türkiyə tərəfinin Misirdə baş verənlərlə bağlı bəyanatları Misir tərəfində əks reaksiya doğurub.

Misir Türkiyəni ölkənin daxili işlərinə qarışmaqda ittiham edib. Misirin bu ittihamına Türkiyə prezidenti Abdulla Gül Azərbaycandan cavab verib.
Azərbaycanda səfərdə olan A.Gül bu gün jurnalistlərin Misirlə bağlı suallarını cavablandırıb.

Türkiyə prezidenti Misir tərəfinin ittihamları ilə razılaşmayaraq bəyanatları qardaş xalqın taleyi ilə bağlı narahatlığın ifadəsi adlandırıb.

Elnarə
AzNews.az