Azərbaycanlılar Moskvada kütləvi davaya qarışdı

Rusiyanın paytaxtı Moskvanın cənubundakı Çarıçino rayonunda aralarında azərbaycanlıların da olduğu istisna edilməyən 50-yə yaxın şəxsin iştirakı ilə kütləvi dava baş verib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, davada Qafqaz respublikalarından və Orta Asiyadan olan çox sayda insan iştirak edib. Şəhər polisinin məlumatına görə isə dava gecə saatlarında baş verib. Polis əraziyə gedərkən indiyə qədər müəyyən olunmayan silahla kafenin pəncərələrinin sındırıldığı məlum olub.

Kafeyə basqın nəticəsində əməkdaşlardan biri ciddi xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı 3 nəfər saxlanılıb.

Elnarə
AzNews.az