Rəsmi Ankara Suriyada kürdlərə muxtariyyət verilməsi ilə razılaşmadı

Türkiyə Xarici işlər nazirliyi mediada rəsmi Ankaranın Suriyada kürdlərə muxtariyyət verilməsinə razılıq verilməsi barədə xəbəri təkzib edib.

"Biz bu məlumatı təsdiqləmirik. Bu mərhələdə biz bu məsələ ilə bağlı istənilən şərhin əleyhinəyik. Lakin Suriyada yeni parlamentin yaradılmasından sonra biz məmnuniyyətlə suriyalıların demokratik yolla qəbul edilmiş istənilən qərarlarını qəbul edəcəyik."-deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bundan əvvəl bir sıra kütləvi informasiya vasitələrində rəsmi Ankaranın Suriyada kürdlərə müəyyən şərtlər altında muxtariyyət verilməsinə razılıq verdiyi bildirilmişdi.

AzNews.az