- Köhnə - Region
- 20 Avqust 2013 09:08
- 9 238
Rəsmi Ankara qaçırılan türklər barədə açıqlama verdi
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Arınç Mətin Turanla əlaqə saxlanıldığını və oğurlanmış türk pilotların isə sağ və salamat olduğunu deyib. Bu açıqlamanı o, baş nazirliyin mərkəzi binasında təşkil olunmuş və təxminən 6 saat davam edən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirib.
Misirdəki hadisələri izləyən "Anadolu" agentliyinin Qahirə müxbiri Hibe Zekeriya və TRT müxbiri Mətin Turanın vəziyyəti ilə bağlı açqılama verib."Hər iki türk jurnalisti Əl-Fətih məscidində mühasirədə qalmışdı. Bunlardan "Anadolu" agentliyinin qadın müxbiri ərəb əsilli olan jurnalistdir. O, azadlığa buraxılıb. Digər jurnalistimiz Mətin Turan isə hazırda nəzarətdədir. Onunla əlaqə saxlanılıb və görüşülüb. Ümid edirəm ki, bu gecə o da azadlığa buraxılacaq.
Baş Nazirin köməkçisi və dövlət katibi Livanda qaçırılan iki türk pilot barəsində də məlumat verib. "Ümid edirəm ən yaxın zamanda onlara qovuşarıq. Bildiyimə görə, Xarici işlər nazirimiz də bu barədə açıqlama verib. Biz çətinliklə də olsa türk yoldaşlarımızı tapdıq. Az-çox harada olduqları bilirik. Sağ və salamat olduqlarının bilirik"- deyə Arınç bildirib.
AzNews.az