İranda azərbaycanlı fəal həbs olunudu

İranda azərbaycanlı fəal həbs edilib. APA-nın "Oyannews"a istinadən verdiyi məlumata görə, Əkbər Əbulzadə avqustun 23-də Güney Azərbaycan Məşrutə Hərəkatının ildönümünü qeyd etmək üçün Savalan dağında keçirilən tədbirə gedib.

Lakin yerli vaxtla saat 09:00-da İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Əhər-Meşkinşəhr (Xiyov) yolunda saxlanılıb.

Hazırda onun harada olması ilə bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, avqustun 23-də yerli vaxta saat 11:00-da Ərdəbi-Xiyov yolunda Məhəmməd Xakpur, Səccad Culani, Meysəm Culani, Əhməd Məhəmmədpur və Mürtəza Qüdrəti həbs edilib. Onlar da Savalan dağına getmək istəyib. Bundan əlavə 4 azərbaycanlı fəaldan da xəbər yoxdur. Onların həbs edildiyi ehtimal olunur.

AzNews.az