- Köhnə - Region
- 26 Avqust 2013 20:28
- 3 364
Azərbaycanlıların restoran toplantısına OMON basqını

Rusiya mətbuatının məlumatına görə, saxlanan şəxslər Altay küçəsindəki restoranda toplaşıblar.
Əməliyyat nəticəsində polis idarəsinə Azərbaycan, Tacikistan, İran, Türkiyə, Gürcüstan, Ermənistandan olan 54 nəfər gətirilib. Onların əl izləri götürülüb, bundan əvvəl hansisa cinayətlərdə iştirakları araşdırılır.
Restorana və saxlananların maşınlarına keçirilən baxış zamanı ov tüfəngi və tapançalar götürülüb.
Saxlananların etnik mənsubiyyətinə görə mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham edildikləri bildirilir.
Elnur
AzNews.az