Moskvada tüklərlə kütləvi dava: 3 yaralı

Rusiyanın paytaxtı Moskvada bir kafedə düşən kütləvi davada 5 türk işçinin döyüldüyü bildirilir.

Hadisə Moskvanın qərbində baş verib.

AzNews.az Rusiyanın xəbər agentliklərinə istinadən xəbər verir ki, Türkiyə vətəndaşlarından üçü bıçaqlanıb. Qarın və sinəsindən bıçaqla yaralanan 2 işçi xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar bir nəfər həbs edilib. Digər şübhəlilərin tutulması üçün polis əməliyyat axtarış tədbirləri həyata keçirir.

Elman
AzNews.az