- Köhnə - Region
- 30 Avqust 2013 21:45
- 2 993
Gürcüstanda daha bir məscid minarəsi möhürlənib
Bu barədə Adıgün müftisi Mamuka Vaşakmadze bildirib.
"Minarə möhürlənib və heç bir insident baş verməyib. Bundan başqa heç nə bilmirəm", - M. Vaşakmadze bildirib.
Onun sözlərinə görə, möhür vurulan minarə polis tərəfindən mühafizə edilir.
Məlumata görə, son günlər minarələrin sökülməsi ilə bağlı Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərlərindən biri, Acarıstanda yaşayan gürcü müsəlmanlarının müftisi Camal Paksadzenin adı da etiraz edənlər arasında çəkilib. APA-nın məlumatına görə, Camal Paksadze bir müddət əvvəl ürək tutması diaqnozu ilə Xelvaçauri rayon Xəstəxanasına aparılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.(apa.az)
AzNews.az