Vladimir Putin morjun əlini sıxdı- Video

Uzaq Şərq universitetinin yeni binasına baş çəkən Vladimir Putin səyahət ərzində vaxtı boşa verməyərək, universitetin akvariumunun ilk sakinlərindən sayılan, delfinlər və morjlarla dostlaşıb.

Maraqlı ekskurisya zamanı rusiyalı prezident bir neçə delfinin çıxışını izləyib, hətta akvariumdakı morjlardan birinin əlini sıxıb.

Akvarium gələcək bioloq və okeanoqrofları sakit okean bölgəsinin zəngin faunasıyla tanış etmək məqsədilə salınıb.

Vladimir Putinin Uzaq Şərq bölgəsinə səfəri təsadüfi olmayıb. Dövlət başçısının bu vaxta qədər misli görülməmiş daşqınlardan zərərçəkmiş ailələrə baş çəkmək məqsədilə bu regiona səfər etdiyi bildirilir.




AzNews.az