Jurnalist birinci xanımı təhqir etdi

Türkiyənin tanınmış jurnalisti Cüneyt Arcayürek yaşadığı ölkənin birinci xanımı Hayrunnisa Gül, habelə baş nazirin həyat yoldaşı Əminə Ərdoğanı təhqir edib.

Ötən gün, "Cümhuriyet" qəzetindəki köşəsində prezidentin rəsmi igamətgahı "Çankaya" köşkündə zəfər bayramı münasibəti ilə verilən dəvət barədə yazan yazar ölkənin birinci xanımlarını ələ salıb.

Hayrunnisa Gülün hicabını at eynəyi ilə müqayisə edən Arcayürek kökəldiyi üçün Əminə Erdoğanın yumalanaraq gəzdiyini bildirib.

"30 avqust dəvəti. At eynəyinə oxşayan başörtüyü. İki qaş, iki göz, bir burun və ağız açıq. Bir də əl. İlla ki, başdan ayağa örtülü olan ali baş komandanın yoldaşı Hyrunnisa xanımla salamlaşarkən yanında başdan ayağa qapalı geyinmiş, köklükdən sanki yumalanaraq gəzən Əminə xanım..."

Cüneyt Arcayürek bir müddət əvvəl köşəsində baş nazir Rəcəb Tayyib Ərdoğana jarqon ifadə ilə müraciət edərək onu təhqir etmişdi.

AzNews.az