Türkiyə-Suriya sərhədində partlayış: 6 ölü

Türkiyənin Hatay əyaləti Altınöz qəsəbəsinin Hacıpaşa bələdiyyəsi qarşısında Suriya tərəfdə döyüş sursat anbarında partlayış baş verib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, başqa bir ehtimala əsasən partlayış Suriya ərazisindən metal qırıntıları daşıyan avtomobildə olub.

Bu hadisənin nəticəsində biri az yaşlı Türkiyə olmaqla azı altı nəfər həyatını itirib. 5 nəfər isə Suriya vətəndaşıdır.

AzNews.az