8 yaşlı uşaq edam oyunu oynadı... özünü öldürdü

İranda yerli vətəndaşlara ibrət məqsədilə həyata keçirilən və kütləvi informasiya vasitələrində öz əksini tapan açıq edamlar 8 yaşlı uşağın ölümünə səbəb olub.

APA-nın "Radiozəmanə"yə istinadən məlumatına görə, belə bir hadisə İranın Kirmanşah vilayətinin Cavanrud şəhərinin Kəlaş Luləm kəndində qeydə alınıb. Belə ki, Rauf Mustafayi öz həmyaşıdları ilə edam səhnəsinin necə icra edildiyi ilə bağlı oyun oynadığı zaman ehtiyatsızlıqdan özünü öldürüb.

Məlumata görə, R.Mustafayi ilə eyni yaşda olan həmkəndlisi Mehran Yusifi ondan edam səhnəsinin icrasını təkrar nümayiş etdirməsini istəyib və nəticədə belə faciəvi hadisə baş verib.

Qeyd edək ki, İranda əhalinin gözü qarşısında icra olunan edamların icrasını müşahidə etməyə heç bir məhdudiyyət qoyulmayıb.


AzNews.az