“Xanımım və övladlarımdan üzr istəyirəm“- Ərdoğan

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi iddiasında olan İstanbulun namizədliyini dəstəkləmək üçün Argentinanın paytaxtı Buenos-Ayresdədir.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Buenos-Ayresdə keçirilən 125-ci toplantısında 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanacaq.

Baş nazir çıxışına başlayarkən bildirib ki, "Böyük İyirmilik" (G20) ölkələrinin dövlət başçılarının zirvə toplantısının keçirildiyi Sankt-Peterburq (Rusiya) şəhərindən Buenos-Ayresə 16 saat davam edən aviauçuşla gəlib.

"Bu, "Türk Hava Yolları" aviaşirkətinin tarixində rekord uçuşdur. Təyyarədə olarkən yoldaşlarla müzakirə apardıq və BOK-u hansı dildə salamlamağı danışdıq.

Açığı, dünyanın bütün dillərinin fövqündə otraq dil olduğuna inanıram. O dil qəlb dilidir və mən bu gün sizi qəlbin o ortaq dili ilə ən səmimi duyğularımla salamlayıram. Salam kəlməsinin mənası sülhdür. Sülhə ən çox ehtiyac duyduğumuz dönəmdə, bölgəmizin və dünyamızın dünyamızın sülhün həsrətini ən dərin şəkildə çəkdiyi bir vaxtdayıq.

Bu kritik dönəmdə dostluğun və şqardaşlığın şəhəri İstanbuldan bütün dünyaya çox güclü sülh mesajları veririk. Dünyanın bütün dillərinə, bütün diqnlərinə, bütün etnik kökənlərinə, Yer üzündə nəfəs alıb-verən hər kəsə sülh və qonaqpərvərlik şəhəri İstanbuldan Olimpiya atəşi qədər isti və səmimi mesajları çatdırmağı arzulayırıq", - Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyənin baş naziri daha sonra bildirib: "Uşaqlıq illərindən başlayaraq həvəskar futbolçu olaraq 16 il idmana tam vurğun ömür sürdüm. Xanımım, övladlarım məni bağışlasınlar. Mən ən azı onlara olduğu qədər İstanbula və idmana sonsuz bir eşqlə bağlıyam".(milli.az)

AzNews.az