Avtobus uçuruma yuvarlandı; 10 yaralı

Türkiyənin İstanbul şəhərində inşaat işçilərini aparan avtobus qəzaya uğrayıb.

Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, qəza yerli vaxtla səhər saat 07:00 radələrində baş verib. Ankara istiqamətində hərəkət edən, Xədimköydən Seyrantəpəyə inşaat işçilərini aparan "65 LB 994" dövlət nömrə nişanlı avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq uçuruma yuvarlanıb.
Qəza nəticəsində ən azı 10 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu deyilir.
Hadisə ilə bağlı araşdırma davam edir.

AzNews.az