Sobyanin Moskva meri seçildi

Sergey Sobyanin Moskva meri seçilib.

Bu barədə qərarı səhər komissiyası bu gün keçirdiyi mətbuat konfransında elan edib. Səslərin hamısı artıq sayılıb və nəticələrə görə Sobyanin 51,37 faiz səslə mer seçilib. Bu isə 1 milyon 193 min nəfərin səsi deməkdir.

Səslərin sayına görə ikinci yerdə 27,24 faiz səslə müxalifətin nümayəndəsi Aleksey Navalni qərar tutub.

Üçüncü yeri Moskva kommunistlərinin nümayəndəsi İvan Melnikov tutub. Ona seçicilərin 10,69 faizi səs verib.


Elnarə
AzNews.az