Şəhərdə yaşayan qadınlarda xərçəng risqi – Rəy

Şəhərdə yaşayan qadınlarda xərçəngə yoluxmaq risqi iki dəfə artıqdır. Belə bir fikirlə Türkiyənin məşhur cərrahı Hüseyn Urlu çıxış edib.

Cərrahın sözlərinə görə, xüsusilə də şəhərdə yaşayanq qadınlar arasında döş xərçəngi sürətlə artır. Qadınlarda döş xərçənginin ümumi xərçəngin 32 faizini təşkil etdiyini deyən cərrahın sözlərinə görə, 40 yaşndan sonra qadınlarda buna daha tez-tez rast gəlinir. Şəhərlərdə yaşayan və maddi vəziyyəti daha yaxşı olan qadınlarda xərçəngə tutulma ehtimalının daha çox olmasının öz səbələri var. Mütəxəssis bunu şəhərlərdə yaşayan qadınların övladlarını əmizdirməməsi və dünyaya az uşaq gətirməsi ilə izah edib. İnkişaf etməmiş ölkələrdə ailələrdə uşaqların çox olması və qadınların övladlarını ana südü ilə bəsləməyə meyl etməsi isə xərçəng risqini daha da azaldır: "Digər tərəfdən təbii məhsullarla qidalanma, daim hərəkətdə olmaq, tarlada işləmək yeyilən qidaların daha tez həzm olmasına kömək edir. Bunun da nəticəsində kənddə yaşayan qadınlarda xərçəng riqsi daha az olur".

Elnur
AzNews.az